ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

"İƏT Modeli" -2016 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi!
Sayta qoyulub: 14:59 07.04.2016 (1244 dəfə oxunub)
Artıq 6 ildir ki, Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verildi. İƏT Gənclər Forumu tərəfindən 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İƏT Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı əsasında həyata keçirilir.

"İƏT Modeli: Beynəlxalq Münasibətlər Akademiyası Azərbaycan - 2016" layihəsi çərçivəsində bu yaxınlarda Bakı Dövlət Universitetində baş tutan birinci təlimdə ilk məruzəçi İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov olub. O, İƏT Model strukturu, tarixi, vəzifəsi və məqsədləri barədə geniş məlumat verib.

Təlimin ikinci hissəsi Fələstin dövlətinin fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim tərəfindən Fələstin-Azərbaycan münasibətləri və Fələstinin İƏT-də rolu mövzusunda mühazirəsi baş tutub. İlk mühazirə gənclərin Fələstin səfirinə yönləndirdiyi sualların cənab səfir tərəfindən cavablandırılması ilə yekunlaşıb.

Proqramda Bakı Dövlət Universiteti başda olmaqla 15-dən artıq ali məktəbi təmsil edən 120-dan artıq gənc iştirak edir. 6 həftə ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, diplomatlar, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar.

Qeyd edilən müddət ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar simulyasiya oyunları çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq may ayında simulyasiya oyunları çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir.

Tədbirlərin yekunu kimi İƏT-in 40-a yaxın ölkəsini təmsil edən gənc liderlərin iştirakı ilə, İƏT-ə üzv ölkələrin birində “Qlobal İƏT Model Forumu”nun keçirilməsi planlaşdırılır.



İƏT haqqında