ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

“İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası 2020” layihəsi online rejimdə başlayır.
Sayta qoyulub: 19:43 30.03.2020 (60 dəfə oxunub)
Hörmətli iştirakçılar,

Bildiyiniz kimi “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası 2020” layihəsinin başlanması ölkədə kütləvi tədbirlərin təxirə salınması və xüsusi karantin rejimin tətbiq olunması ilə əlaqədar bir müddətlik gecikirdi. Lakin karantinin müddətinin uzanması və layihənin daha da gecikməməsi üçün, eyni zamanda gənclərin yaranmış vəziyyətdən irəli gələn artıq asudə zamanının daha səmərəli təşkilini təmin etmək məqsədilə layihəni online rejimdə keçirməyi qərara aldıq.

İlk mərhələ olaraq online mühazirələr 2 istiqamətdə keçiriləcək:

1) İslam Əməkdaşlıq Təşkilatı regionunun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri və yaxud müvafiq diplomatik nümayəndələri tərəfindən 5 açıq mühazirə;
2) Əvvəlcədən müəyyənləşdirilmiş müxtəlif elmi, siyasi və akademik mövzular üzrə 5 ekspertin açıq mühazirəsi;

Mühazirələrin yekunlaşmasından sonra may ayının sonunadək kütləvi tədbirlərin təşkil olunmasına tətbiq olunan qadağa və xüsusi karantin rejimi aradan götürülərsə, layihənin 2-ci hissəsi olan “İƏT Xarici İşlər Nazirləri Şurası” simulyasiya oyunu canlı şəkildə baş tutacaq. Əksi təqdirdə, yəni kütləvi tədbirlərin təşkil olunmasına tətbiq olunan qadağa və xüsusi karantin rejiminin müddəti uzadılarsa, layihə online konfrans şəkilində iyun ayının ilk günlərində həyata keçiriləcək.

İlk online mühazirənin 15 aprel tarixində keçirilməsi nəzərdə tutulub. Mühazirənin formatı, hansı platforma üzərindən, ilk olaraq kim tərəfindən həyata keçirilməsi və digər əlavə texniki və yardımçı məlumatlar qısa zaman ərzində e-mail ünvanınıza göndəriləcək, həmçinin layihənin “facebook” səhifəsində yerləşdiriləcək ( https://www.facebook.com/ModelofOIC/ )

Sizi mühazirədə aktiv iştirak etməyə, hörmətli səfir və ekspertlərə müvafiq mövzular üzrə öz suallarınızı təqdim etməyə və “facebook” səhifəmizi izləməyə çağırırıq.

Hörmətlə,
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi.

İƏT haqqında